EN

Bayramla əlaqədar bu ünvanlarda yarmarkalar keçiriləcək

Bakı.Trend:

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinintabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASCtərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkilolunacaq.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilir ki, 11 gün fasiləsiz davam edəcək yarmarkalarıntəşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərinməhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhərsakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığınıtəmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyatakeçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarətetmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulunkeyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanınxidmətlərindən faydalana bilərlər.

Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyskiküçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanı ilə yanaşı,ümumilikdə 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, 13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində- “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”və “Azadlıq” metro stansiyalarının yaxınlığında, həmçinin Abşeronrayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalartəşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaşşəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruzyarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlukəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndindəbir günlük səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlərpiştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildətəmin olunurlar.

Chosen
88
5
az.trend.az

6Sources