EN

Sançesdən Trampa cavab: Milyonlarla insanın taleyi ilə rus ruleti oynamaq olmaz

BAKI, 4 mart. TELEQRAF

İspaniya Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampla arasında baş verən hərbi baza mübahisəsindən sonra ilk dəfə açıqlama verib.

Teleqraf xəbər verir ki, o, Amerikanı milyonlarla insanı təhlükəyə atmaqda ittiham edib.

“İran müharibəsi dünyanı daha təhlükəli yerə çevirdi. Biz bu fəlakətə, müharibəyə qarşıyıq. İranda gedən müharibə daha ədalətli beynəlxalq nizam yaratmayacaq. Sülh və diplomatiya üçün region ölkələri ilə birlikdə çalışacağıq. Bəşəriyyətin fəlakəti belə başlayır. Milyonlarla insanın taleyi ilə rus ruleti oynamaq olmaz”, - Pedro Sançes vurğulayıb.

İspaniya bundan öncə ABŞ-nin İrana hücumunda öz bazalarından istifadə etməyə icazə verməyəcəyini açıqlayıb. Donald Tramp bundan sonra Madirlə əlaqələrin kəsilə biləcəyini bəyan edib.

“İspaniya bizə bazalarını istifadə edə bilməyəcəyimizi söylədi, bizə ehtiyacları yoxdursa, problem deyil. İstəsək ora uçub istifadə edə bilərik. Heç kim bizə istifadə etməməyimizi deyə bilməz. İspaniya ilə bütün ticarət əlaqələrimizi kəsəcəyik. İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik”, - ABŞ Prezidenti vurğulayıb.

Chosen
2
teleqraf.com

1Sources