EN

Əhmədinijadın SON GÖRÜNTÜSÜ: Keçmiş lider qəbiristanlığı ZİYARƏT ETDİ – VİDEO

“Öldüyü” iddia edilən Mahmud Əhmədinijad qəbiristanlıqda görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İranın keçmiş prezidenti Mahmud Əhmədinijad haqqında yayılan “ölüm” şayiələrindən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

Sabiq dövlət başçısı qəbiristanlığı ziyarət edərkən müşahidə edilib.

Bir müddət idi ki, Əhmədinijadın ölümü barədə müxtəlif iddialar dolaşırdı və onun uzun müddət görünməməsi bu şübhələri daha da artırmışdı.

Lakin onun qəbiristanlıq ziyarəti zamanı çəkilən son görüntüləri bu şayiələrin əsassız olduğunu sübut edib.

Hazırda sabiq prezidentin səhhətinin normal olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
19
interpress.az

10Sources