EN

Tramp Xamenei və Maduronu “yox etdi” Sosial şəbəkədə viral olanVİDEO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Argentina prezidenti Xaviyer Mileyi son günlər ictimaiyyətin diqqətini cəlb edən bir video paylaşıb.Bakupost.az xəbər verir ki, süni intellektlə hazırlanmış və Mileyinin “İnstagram” səhifəsində paylaşılan videoda ABŞ prezidenti səhnədə sirk illuziyası göstərir. Tamaşaçılar arasında isə dünyanın siyasi liderləri oturur.Səhnədə dramatik anlar yaşanır. Donald Tramp stulda yanında oturan İran lideri Əli Xamenei və Venesuela prezidenti Nikollas Maduronun üzərinə qırmızı örtük salır və bir ani hərəkətlə onları “yox edir”. Tamaşaçılar arasında oturan İtaliya dövlət başçısı Corca Meloni, Argentina prezidenti Mileyi və İsrail baş naziri Benjamin Netanyahu isə ayağa qalxaraq bunu heyrət içində alqışlayırlar.Ekspertlər bildirirlər ki, bu video yalnız əyləncə və provokasiya elementlərini birləşdirmir, həm də siyasi mesaj daşıyır. Süni intellektlə yaradılmış səhnələr diplomatik sərhədləri zorlayır, beynəlxalq münasibətlərdə gərginlik potensialını artırır.Sosial mediada video qısa müddətdə viral olub, izləyicilər dramatik səhnəyə həm heyranlıq, həm də narahatlıq ifadə edirlər. Analitiklər bu tip süni intellektlə hazırlanmış kontentlərin gələcəkdə siyasi liderlərin imicinə, beynəlxalq diplomatik münasibətlərə və ictimai rəyə təsir gücünü vurğulayırlar.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
www.bakupost.az

1Sources