ain.az, Fanat saytına istinadən bildirir.
Bu gün Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Şamaxı" ilə cavab oyununa çıxacaq "Qarabağ"ın neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "köhlənlər"in cəzalı futbolçusu yoxdur.
Baş məşqçi Qurban Qurbanov bu matçda iki zədəli oyunçunun - mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin və qapıçı Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək.
Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Şamaxıda baş tutan ilk görüşdə Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 2:1 hesablı qələbə qazanıb.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.