AZ

Qurban Qurbanov kubok matçında bu futbolçunun xidmətindən yararlana bilməyəcək

Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Sabah" ilə qarşılacaq "Qarabağ"ın ilk oyunda neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "köhlənlər"in cəzalı futbolçusu yoxdur.

Baş məşqçi Qurban Qurbanov bu matçda bir zədəli oyunçunun - mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin xidmətindən istifadə edə bilməyəcək.

Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 20:00-da səslənəcək.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr