EN

Moskva üç ölkəyə işarə etdi, ciddi risk yaradır dedi

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları ciddi radioloji risklər yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, İrana qarşı başlanan hərbi kampaniya ölkənin mülki əhalisi və infrastrukturu, eləcə də regional və qlobal iqtisadiyyat üçün ağır nəticələrə səbəb olur.

Qeyd edək ki, martın 3-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin İsrailin Tehran yaxınlığında yerləşən gizli nüvə obyektinə zərbə endirdiyini açıqlayıb. O, bunun yerli alimlərin kütləvi qırğın silahları hazırladığı iddia edilən “Minzadehi” bazası olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
98
1
globalinfo.az

2Sources