İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.
“Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, – məlumatda qeyd olunub.
İsrail ordusundan bildirilib ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı gücləndirilmiş müdafiə mövqeyinin qurulması planının bir hissəsidir.