EN

750 əyar qızıl buna görə rəngini dəyişirmiş

750 əyar qızıllar bir müddət istifadədən sonra rəngi qızarır və bu halla qarşılaşan yüzlərlə insan var.

Ölkə.az-ın milli.az-a istinadən məlumatına görə, bunun iki əsas səbəbi var.

Birinci səbəb tərkibdir. Belə ki, 750 əyar qızılların tərkibi 75% təmiz qızıl, 25% isə digər metallardan ibarətdir. Digər metallar xaricdən gələn maddələrlə reaksiyaya girə bilir və bu reaksiya nəticəsində qızılın rəngi dəyişib qızarır.

İkinci səbəb isə rodium örtükdür. Bəzən 750 əyar qızılların üstündə ağ və yaxud sarı rodium örtük çəkilir. Rodium örtük vaxt keçdikcə aşınır və qızıl öz rənginə geri dönür.

Chosen
8
3
olke.az

4Sources