EN

Milyarder Bill Qeyts “Ceffri Epşteyn işi” üzrə ifadə verəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

ABŞ-nin ticarət naziri Hovard Lutnik və milyarder Bill Qeyts “Ceffri Epşteyn işi” üzrə Nümayəndələr Palatasının Nəzarət Komitəsində ifadə verəcəklər.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ceyms Komerin sözlərinə görə, Bill Qeytsin iştirakı ilə dinləmələr mayın 19-da Vaşinqtonda keçiriləcək. Ticarət naziri Hovard Lutnikin isə komitə iclasında könüllü iştirak edəcəyi gözlənilir.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə hər iki şəxsin adı hallanır. Bill Qeyts daha əvvəl Ceffri Epşteynlə əlaqələrinə görə təəssüfləndiyini bildirmiş, Hovard Lutnik isə onunla tanış olduğunu, lakin əlaqələrinin illər əvvəl kəsdiyini demişdi.

Qeyd edək ki, azyaşlıların istismarında ittiham olunan yəhudiəsilli maliyyəçi Ceffri Epşteyn 2019-cu ilin iyulunda Nyu-Yorkda saxlanılıb. Həmin ilin avqustunda həbsxanada intihar etdikdən sonra ona qarşı açılan cinayət işi bağlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
8
azertag.az

9Sources