EN

İspaniyadan ABŞ-a AĞIR ZƏRBƏ: İranla bağlı elə bəyanat yaydı ki…

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, onun bəyanatını El Pais nəşri yayıb.

Hökumət başçısı ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa və diplomatik danışıqlara qayıtmağa çağırıb. Sançes bildirib ki, İspaniya İran rejimini qınasa da, münaqişə tərəflərinin atdığı addımlar beynəlxalq hüquqa ziddir.

“Bu böhran hamımıza təsir edir və biz ABŞ, İran və İsraildən gec olmadan dayanmaq üçün qətiyyət tələb edirik. Bir qanunsuz hərəkətə başqa bir qanunsuz hərəkətlə cavab vermək olmaz; bəşər tarixində ən böyük fəlakətlər məhz belə başlayır… Qısası, İspaniya hökumətinin mövqeyini “Müharibəyə yox” sözləri ilə ifadə etmək olar”, – deyə Baş nazir vurğulayıb.

Sançes həmçinin ABŞ-ın rəhbərliyi ilə müttəfiqlərin İraqa qarşı apardığı müharibə ilə tarixi paralellər aparıb. O, qeyd edib ki, həmin əməliyyat regionda uzunmüddətli qeyri-sabitliyə səbəb olmuşdu.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
15
konkret.az

1Sources