EN

Xain hücum: Lukaşenko İrandakı hadisələrə reaksiya verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko İranın ölkədəki səfiri Əlirza Sanei ilə görüş zamanı Yaxın Şərqdəki vəziyyəti "İsrailin ABŞ dəstəyi ilə xain hücumu" kimi dəyərləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Pul Pervogo" "Telegram kanalı məlumat yayıb.

"İsrailin ABŞ-ın dəstəyi ilə İrana qarşı qəddar hücumu bizə aydındır. Bu qəbuledilməzdir. Xüsusilə də bu hücum nəticəsində günahsız insanlar, ilk növbədə uşaqlar həlak olub", - deyə prezident bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, İsrail və ABŞ konfliktin gərginləşməsi nəticəsində baş verə biləcək qeyri-müəyyən hadisələrin ehtimalını nəzərə almalıdır.

Xatırladaq ki, Belarus lideri ilk dəfə olaraq İranda baş verən hadisələrə münasibət bildirib. O, İran Prezidenti Masud Pezeşkiana ölkənin ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verib.

Chosen
6
publika.az

1Sources