EN

SON DƏQİQƏ: İsrail qoşunları Livanın bu şəhərini ələ keçirdi

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Livanın dövlət KİV-ləri İsrail ordusunun Livanın cənubunda yerləşən, Livan–İsrail sərhədindən təxminən altı kilometr məsafədə olan Əl-Xiyam şəhərinə daxil olduğunu yazıb.Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.“Əl-Xiyam şəhəri fasiləsiz artilleriya atəşinə tutulur, eyni zamanda İsrailin düşmən ordusu şəhərə daxil olub”, – deyə Livan mətbuatı qeyd edib.

 

AFP agentliyinə danışan livanlı mənbə isə bildirib ki, İsrail dünən Livanın cənubundakı sərhəd bölgəsinə quru qoşunları yeritməyə başlayıb. Bu əməliyyat hava zərbələri kampaniyası ilə paralel aparılır.

İsrail Müdafiə Ordusu isə açıqlamasında Livanın cənubunun dərinliklərinə qoşun yerləşdirilməsi qərarının “Hizbullah”ın hücumları fonunda “gücləndirilmiş müdafiə tədbirlərinin bir hissəsi” olduğunu bildirib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
bizim.media

2Sources