EN

Gizli nüvə obyekti məhv edildi 5 gündə iyun müharibəsi geridə qaldı

ain.az bildirir, Bakupost portalına istinadən.

İsrail və ABŞ ilə birlikdə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Tehranın gizli yeraltı nüvə obyektlərindən birinin məhv edildiyi iddia edilir.

Bakupost.az “The New York Times”a istinadən xəbər verir ki, sözügedən obyekt ötən ilin iyun ayında baş vermiş toqquşmalardan sonra İranın nüvə proqramının bir hissəsinin köçürüldüyü yeraltı tunel kompleksi olub.“İsrael Defense Forces” (İDF) tərəfindən yayılan açıqlamada qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Tehrandan kənarda yerləşən gizli yeraltı obyekti dəqiq zərbələrlə vurub. İDF sözçüsü, briqada generalı Effi Defrin bildirib ki, “Minzadehey” adlı bu məkanda “nüvə silahının hazırlanması üçün zəruri imkanlar üzərində gizli şəkildə iş aparılırdı”.Onun sözlərinə görə, obyekt uzun müddət İsrail kəşfiyyatı tərəfindən izlənilib və əməliyyat nəticəsində hədəf tam dəqiqliklə vurulub. Lakin obyektin tamamilə məhv edilib-edilmədiyi ilə bağlı müstəqil təsdiq hələlik mövcud deyil.ABŞ və İsrail uzun illərdir İranın nüvə silahı əldə etməyə çalışdığını iddia edir. Tehran isə bu ittihamları dəfələrlə rədd edərək nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edib.İDF sözçüsü əlavə edib ki, fevralın 28-dən etibarən İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə 4 mindən çox bomba atıb və döyüş təyyarələri 1600-dən artıq döyüş uçuşu həyata keçirib. O vurğulayıb ki, ötən ilin iyun qarşıdurması zamanı da İsrail təxminən 4 min bomba istifadə etmişdi, lakin hazırkı əməliyyatda bu rəqəm artıq geridə qalıb.İDF-nin ayrıca açıqlamasında bildirilib ki, son günlər ərzində İran ordusuna məxsus azı 300 raket buraxılış qurğusu məhv edilib. Ballistik raket obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə qarşı zərbələrin davam etdiyi qeyd olunur.Bu əməliyyatlara ABŞ da birbaşa qoşulub. “United States Central Command” (CENTCOM) martın 1-də sosial media paylaşımında “B-2” “stealth” bombardmançı təyyarələri ilə İranın ballistik raket obyektlərinə zərbələr endirildiyini açıqlamışdı. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Kayn isə martın 2-də verdiyi bəyanatda yeraltı obyektlərin “sığınacaq deşən” bombalarla hədəf alındığını bildirmişdi. ABŞ ordusu 2025-ci ilin iyun qarşıdurmaları zamanı da bu tip sursatlardan istifadə etmişdi.Bununla belə, “The New York Times” qəzetinin təhlilində qeyd olunur ki, İranın yeraltı obyektlərinə dəyən zərərin real miqyası hələ tam müəyyən edilməyib. Qəzetin araşdırdığı peyk görüntülərinə əsasən, Kirmanşahda yerüstü raket obyektində bir neçə tikili bombardman nəticəsində dağıdılıb. Germdərə bölgəsində yerləşən raket obyektinə aid doqquz binanın da məhv edildiyi bildirilir.CENTCOM-un martın 3-də yaydığı məlumata görə, fevralın 28-dən bu yana İran ərazisində azı 1700 hədəfə zərbə endirilib. Əməliyyatın İran və ABŞ arasında diplomatik danışıqların davam etdiyi bir vaxtda başlanması diqqət çəkir.Tehran isə cavab olaraq İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı istiqamətində hücumlar həyata keçirir. Qarşılıqlı zərbələr regionda genişmiqyaslı müharibə riskini artırıb.“İran Red Crescent Society” isə ABŞ-İsrail zərbələri nəticəsində təxminən 800 nəfərin həyatını itirdiyini açıqlayıb. Mülki itkilərin miqyası və obyektlərə dəyən zərərin real səviyyəsi ilə bağlı məlumatlar isə hələ də dəqiqləşdirilməkdədir.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
www.bakupost.az

1Sources