EN

UEFA Qalatasaray azarkeşlərinin Liverpul la Çempionlar Liqası matçına baxmağını qadağan etdi

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

UEFA "Qalatasaray" azarkeşlərinin "Liverpul"la Çempionlar Liqası matçına baxmağını qadağan etdi

UEFA, "Qalatasaray" azarkeşlərinə Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la səfər matçına bilet satılmasını qadağan etmək barədə qərar qəbul edib. Həmçinin, klub 40 min avro məbləğində cərimə olunub.

Oxuməni.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Mətbuat Xidməti məlumat yayıb.

Cəza, "Qalatasaray" azarkeşlərinin 25 fevralda Turində keçirilən Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la matçda nümayiş etdirdiyi davranışlarla bağlıdır. Oyun zamanı türk komandasının azarkeşləri pirotexnika istifadə edib, iğtişaşlar törədib və sahəyə əşyalar atıblar.

"Liverpul" və "Qalatasaray" arasındakı cavab oyunu martın 18-də keçiriləcək. Çempionlar Liqasının 1/8 finalının ilk oyunu martın 10-da Türkiyədə baş tutacaq.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
24
oxumeni.az

10Sources