EN

Naxçıvanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi

BAKI, 4 mart. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib.

2016-2018-ci illərdə özəl sektorda, 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

2023-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.

Chosen
24
12
teleqraf.com

10Sources