EN

İrandan atılan raket Türkiyənin hava məkanında zərərsizləşdirilib

İrandan atılan ballistik raket Türkiyənin hava sahəsində zərərsiz hala gətirilib.

Sitat.info  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İrandan atılan və İraq və Suriya hava məkanından keçən ballistik raketin Türkiyə hava məkanına yaxınlaşdığı aşkar edilib. Raket Şərqi Aralıq dənizində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", - məlumatda qeyd olunub.

Chosen
42
2
sitat.info

10Sources