Bakı.Trend:
Bakı-Quba magistral avtomobil yolunda yük avtomobilləritoqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, “112” qaynartelefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun HacıZeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyatqəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt RegionalMərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yükavtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş veribvə “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəlibədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyatvasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi iləvətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilasedərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmaaparılır.