Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şəki, 4 mart, AZƏRTAC
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST evi” filialının həssas qruplardan olan uşaq və yeniyetmələri üçün Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna maarifləndirici tur təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruqdan məlumat verilib.
Bildirilib ki, tur çərçivəsində iştirakçılar Qoruğun ərazisində yerləşən və zəngin tarixə malik memarlıq abidələri ilə yaxından tanış olub, onların tarixi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat əldə ediblər. Bələdçi müşayiəti ilə keçirilən ekskursiya zamanı qonaqlara Şəkinin qədim mədəni irsi, şəhərin tarixi inkişaf mərhələləri və qoruq ərazisində qorunub saxlanılan abidələrin əhəmiyyəti barədə məlumat verilib.
Eyni zamanda, tur iştirakçıları qoruq ərazisində fəaliyyət göstərən yerli sənətkarların emalatxanalarına da baş çəkiblər. Uşaq və yeniyetmələr burada ənənəvi sənət nümunələri ilə tanış olub, əl işlərinin hazırlanması prosesini izləyiblər.










Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.