EN

Ronaldo səhm sahibi oldu

Kriştiano Ronaldonun yalnız yaşıl meydanlarda xarüqələr yaratmadığı çoxlarına məlumdu. Ulduz futbolçu biznes fəaliyyəti ilə də tanınır.

"Football-plus.az" xəbər verir ki, o, bu planda növbəti addımı atıb. “Əl-Nəssr”in hücumçusu “Almeriya”nın səhmlərinin 25 faizini satın alıb.


“Touchline” qəzetinin məlumatına görə, əməliyyatı Ronaldoya məxsus olan “CR7 Sports Investments” şirkəti həyata keçirib. Amma onun konkret nə qədər xərcə düşməsinə aydınlıq gətirilməyib.

Portuqaliyalı futbolçu səhm alması ilə bağlı belə açıqlama verib:

“Mən çoxdan futbolda meydandan kənarda da fərq yaratmağı arzulayıram. “Almeriya” möhkəm təməllərə və aydın inkişaf potensialına malik bir İspaniya klubudu. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə işləməyi səbirsizliklə gözləyirəm”.

“Almeriya”nın prezidenti Məhəmməd Əl-Xereyidi. Səudiyyə Ərəbistanından olan biznesmen Ronaldonu “bütün dövrlərin ən yaxşı futbolçusu” adlandırıb. O, Kriştianonun gələcəkdə komandada oynayacağına ümidini də gizlətməyib. Yeri gəlmişkən, “Almeriya” hazırda La Liqa 2-də 27 oyuna 48 xalla 3-cü yeri tutur.
Chosen
90
1
football-plus.az

2Sources