EN

İranın raket və dronlarla dolu yeraltı anbarından görüntülər yayıldı

İranın raket və dronlarla dolu yeraltı anbarından video yayılıb. Videonu Britaniyanın “Daily Mail” qəzeti yayımlayıb və qəzet onu İranın “Fars” xəbər agentliyindən tapdığını iddia edib.

Kadrlarda “Şahed” raketləri və dronlarının uzun sıraları görünür. İranın mərhum Ali Lideri Əli Xameneinin portreti, sanki geniş silah arsenalına baxır. Məqalədə deyilir: “Tunel tavanından İran bayraqları asılıb. Başqa bir kadrda “Şahed” dronları üçün buraxılış qurğuları daşıyan iki yük maşını göstərilir”.
Məqalənin müəllifi vurğulayır ki, İsrail artıq İranın hələ də rəqiblərini vurmaq üçün əhəmiyyətli raket imkanlarına malik olduğunu etiraf edib.

//Samir Qurbanov, Editor.az

Chosen
21
editor.az

1Sources