EN

ABŞ ordusu Ekvadora daxil oldu

ABŞ Silahlı Qüvvələri Ekvador ordusunun dəstəyi ilə terror təşkilatı kimi tanınan narkotik kartellərinə qarşı əməliyyata başlayıb.

Editor.az  xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) X sosial media platformasında məlumat verib. Komandanlıq bu əməliyyatı Latın Amerikası və Karib dənizindəki tərəfdaşların narkoterrorizmə qarşı mübarizəyə sadiqliyinin nümunəsi adlandırıb. ABŞ ordusunun açıqlamasında deyilir: “Bpz birlikdə uzun müddətdir ki, qitədə vətəndaşlar arasında terror, zorakılıq və korrupsiya səpən narkoterrorçularla mübarizə aparmaq üçün qətiyyətli tədbirlər görürük”.

SOUTHCOM komandanı general Francis L. Donovan öz növbəsində bildirib ki, amerikalılar Ekvador Silahlı Qüvvələrinin kişi və qadınlarının bu mübarizəyə həsr olunmasını yüksək qiymətləndirirlər. O qeyd edib ki, “Onların öz ölkələrində narkoterrorçulara qarşı tədbir görməkdəki cəsarəti və qətiyyəti” təqdirəlayiqdir.

//Samir Qurbanov, Editor.az

Chosen
67
editor.az

1Sources