ABŞ Prezidenti Donald Trampın Almaniya Kansleri Fridrix Mertsi zarafatla vurması gündəm olub.
Gazeta.ru-nun xəbərinə görə, hadisə Almaniya Kanslerinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı baş verib.
Xəbərə görə, Ağ Evdəki jurnalistlər Donald Trampdan ABŞ-ın Almaniya ilə necə davranmağı planlaşdırdığını soruşublar.
"Düşünürəm ki, biz onları çox, çox sərt şəkildə vurmalıyıq", - deyən ABŞ lideri gülüb və əli ilə yanında oturan Mertsin ayağına yüngül şapalaq vurub.
Almaniya kansleri isə həmkarının davranışına sakit reaksiya verib: gülümsəyib və başını yelləyib...