EN

Qars və Ağdam şəhərləri qardaşlaşacaq

Türkiyənin Qars şəhəri ilə Ağdam şəhəri qardaşlaşacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev məlumat verib.

Baş konsul bildirib ki, hazırda Qars və İğdırda Azərbaycan Ticarət Evlərinin açılması imkanları nəzərdən keçirilir. Bununla yanaşı, Türkiyə və Azərbaycan şəhərləri arasında körpü yaratmaq üçün şəhərlərin qardaşlaşması prosesi aparılır.

Baş konsulluğun əhatəsinə daxil olan şəhərlərlə əlaqələr gücləndirilir:

“Ərzurum ilə Şuşa arasında qardaşlıq əlaqələri qurulub. Qars və Ağdam şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Düşünürəm ki, Azərbaycan və Türkiyə şəhərləri arasında qardaş əlaqələrinin qurulması iki ölkə arasında əməkdaşlığa böyük töhfə verir”, – Baş konsul qeyd edib.

Chosen
14
2
apa.az

3Sources