Pentaqonun rəhbəri Pit Heqset mətbuat konfransı zamanı İranın hərbi freqatına endirilən zərbənin ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Musavat.com “Röyters” agentliyinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri İrana qarşı əməliyyatın “yalnız başlanğıc” olduğunu və “zəruri olduğu müddətcə davam edəcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail yaxın vaxtlarda İranın hava məkanına “tam nəzarət” quracaqlar.
Bundan əlavə, Heqset ibildirib ki, ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd planının arxasında dayanan bölməyə rəhbərlik edən iranlı məmuru zərərsizləşdiriblər.
İranda qızlar məktəbinə endirilən zərbə ilə bağlı suala cavab verən Pentaqon rəhbəri bildirib ki, ABŞ məsələni araşdırır və “əlbəttə ki, heç vaxt mülki hədəfləri vurmaz.