AZ

Tramp: İranda məktəbə hücumu Tehran həyata keçirib

BAKI, 8 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın cənubunda yerləşən qızlar üçün ibtidai məktəbə edilən hücuma görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Gördüklərimə əsasən hesab edirəm ki, bunu İran edib”, - deyə ABŞ prezidenti qeyd edib.

Jurnalistlər ABŞ lideri ilə birlikdə olan Pentaqon rəhbəri Pit Heqsetdən də bu məlumatı təsdiqləməyi xahiş ediblər. ABŞ-nin müdafiə naziri isə yalnız İran mülki şəxslərə zərbələr endiririddiasını səsləndirib.

Qeyd edək ki, daha əvvəl İranın cənubunda yerləşən qızlar üçün ibtidai məktəbə zərbə endirilməsi ilə bağlı məlumat yayılmış və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilmişdi.

Seçilən
26
50
teleqraf.com

10Mənbələr