EN

Harri Maquayr 15 aylıq şərti həbs cəzasına məhkum edilib

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr ciddi təhlükə yaratmadan bədən xəsarəti yetirməkdə günahkar bilinib.

İdman.Biz bildirir ki, jurnalist Ben Ceykobsun sosial media platforması X-də verdiyi məlumata görə, məhkəmə futbolçuya 15 aylıq şərti həbs cəzası verib.

Bu qərar onun 2020-ci ildə ailə tətili zamanı Yunanıstanda baş verən davada iştirakı iddiasından sonra verilib. Maquayrın hökmdən apelyasiya şikayəti verməsi gözlənilir.

Hadisə Mikonosda baş verib. Maquayr və dostları yerli barda digər ingilislərlə dalaşıblar. Polis gəldikdən sonra müdafiəçinin qrupu zabitlərə hücum edib. Hadisə nəticəsində futbolçu və iki dostu həbs olunaraq polis bölməsinə aparılıb.

İdman.Biz
Chosen
15
1
idman.biz

2Sources