Bakı. Trend:
Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağıproqnozlaşdırılır.
Trend xəbər verir ki, bubarədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb.
Bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığıbarədə xəbərdarlıq edən 2026-cı il “Ümumdünya piylənmə atlası”hesabatında dərc edilib.
Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədəartır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminəçevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənməninqlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılardapiylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük birdəyişikliyi təmsil etdiyi bildirilir.
Yeni hesabatda 2026-2027-ci illər arasında piylənmə ilə yaşayanməktəbyaşlı uşaqların sayının dünyada ilk dəfə çəki azlığı olanlarıkeçəcəyi təxmin edilir. 2010-cu ildən bəri 180-dən çox ölkədəuşaqlarda artıq çəki və piylənmə hallarının artması müşahidəolunub.
Səhiyyə mütəxəssisləri bildirirlər ki, mövcud tendensiyalardavam edərsə, 2040-cı ilə qədər 5-19 yaş arası ən azı 120 milyonuşaqda yüksək bədən kütlə indeksi ilə əlaqəli xroniki xəstəliklərinerkən əlamətləri inkişaf edə bilər.