EN

Alaudinov öz ölkəsinin müharibəsini “yarıdıb”, indi İran üçün döyüşmək istəyir

“Axmat” alayının komandiri Apti Alaudinov Rusiyada olan bütün mövcud silahlardan İrana verməyi və quru əməliyyatı halında ayətullah rejiminə şəxsən kömək etməyi təklif edib.

“Biz İrana əlimizdən gələni etməli, onları hər cür dəstəkləməliyik. Əgər ölkə rəhbərliyi belə qərar versəydi, hətta bu gün belə mən bu qoşunların – bu şeytan ordusunun quru hücumunu dəf etmək üçün onlara kömək etmək üçün ayağa qalxmağa hazır olardım”, – Alaudinov bəyan edib.

O, həmçinin ABŞ prezidenti Donald Trampın şeytan olması ehtimalının “99%” olduğunu bildirib. Alaudinovun sözlərinə görə, İrandan sonra növbə Rusiyaya çatacaq.

Chosen
108
2
editor.az

10Sources