EN

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar uçuşları ləğv edilən Azərbaycan vətəndaşları ölkəyə gətirilib

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

Avtosfer.az-ın məlumatına görə, AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin həyata keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
13
avtosfer.az

10Sources