AZ

Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.

"Report" un məlumatına görə, AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin həyata keçirilməsi planlaşdırılır.

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.

"Report" xəbər verir ki, AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir.

Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun, reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Seçilən
2
42
far.az

10Mənbələr