EN

Yaxın Şərqdəki gərginlik səbəbindən Ciddədən Bakıya təxliyə başladı

Yaxın Şərqdə yaranmış vəziyyət fonunda Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı tədbirlər görülür. Ciddə şəhərindən Bakıya təxliyə prosesi həyata keçirilir.

Musavat.com xəbər verir ki, uçuşları ləğv edilən vətəndaşlarımızın Ciddədən Bakıya təhlükəsiz şəkildə daşınması təmin olunur. Təxliyə Azərbaycan tərəfinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd olunur ki, qarşıdakı günlərdə Yaxın Şərqin digər istiqamətlərindən də Bakıya təxliyə reyslərinin təşkili planlaşdırılır. Rəsmi qurumlar prosesin nəzarətdə saxlanıldığını və vətəndaşların təhlükəsizliyinin əsas prioritet olduğunu bildirir.

 

Musavat.com

Chosen
7
44
musavat.com

10Sources