EN

Çin Tayvandakı separatçılara zərbələr endirəcəyini bəyan edib

Çin Tayvandakı separatçılara zərbələr endirəcəyini bəyan edib

Çinin mərkəzi hakimiyyəti Tayvandakı separatçılara qarşı mübarizə aparmaq və onlara "qətiyyətli zərbələr" endirmək niyyətindədir.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Pekində işinə başlayan 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ölkənin ali qanunverici orqanı) 4-cü sessiyasının hesabatında bildirilir.

Sənəddə vurğulanır: "Biz Tayvanın sözdə müstəqilliyini müdafiə edən separatçı qüvvələrə qətiyyətli zərbələr endirəcək, xarici qüvvələrin müdaxiləsinə müqavimət göstərəcək və vətənin yenidən birləşməsi naminə Tayvan boğazının hər iki sahili arasında münasibətlərin dinc inkişafına kömək edəcəyik".

Çin hökuməti həmçinin "vahid Çin" prinsipini qətiyyətlə qoruyacağını və yeni dövrdə Tayvan məsələsinin həlli üçün partiyanın ümumi strategiyasını izləyəcəyini qeyd edib. Tayvanlılara materik sakinləri ilə bərabər imkanların yaradılması və mədəni inteqrasiyanın dərinləşdirilməsi də planlaşdırılır.

Chosen
55
afn.az

1Sources