Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniya Federatv Respublikasına işgüzar səfər edib.
Aznews.az xəbər verir ki, o,Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XIN-in Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, AFR kanslerinin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun digər üzvləri, və AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə görüşlər keçirib.
Görüşlər əsnasında Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri müzakirə edilib, mövcud tərəfdaşlığın dərinləşdirilməsi və keyfiyyətçə yeni bir mərhələyə yüksəldilməsinə dair qarşılıqlı maraq ifadə edilib, bu məqsədlə iki ölkə arasında davamlı yüksək səviyyəli təmasların vacibliyi vurğulanıb, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılmıdır. Tərəflər siyasi, iqtisadi, humanitar, enerji, kənd təsərrüfat, informasiya və kommunikasiya texnologiyaları, müdafiə və təhlükəsizlik, mədəniyyət və tədris sahələrində əməkdaşlığın perspektivlərini və başqa qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.
Bundestaqda keçirilən görüşlərdə Azərbaycan və Almaniya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, il ərzində nəzərdə tutulan təmasların əhəmiyyəti vurğulanmışdır.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt və konkret addımlar, ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər barədə tərəf müqabillərini ətraflı şəkildə məlumatlandırıb. Almaniya tərəfi isə öz növbəsində normallaşma istiqamətində ciddi irəliləyişləri və hazırda davam etdirilən müsbət dinamikanı yüksək qiymətləndirib və sülh prosesinə öz tam dəstəyini ifadə edib.