Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat olub. Rejissor Əməkdar artist Nicat Kazımov çalışdığı teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Məlumatı Oxu.Az-a açıqlamasında Nicat Kazımov təsdiqləyib.
O qeyd edib ki, bu vəzifəyə bir-neçə gündür təyin olunub.
"Görmək istədiyim işlərlə bağlı nəsə demək hələ çox tezdir. Bilmirəm nə olacaq, nə olmayacaq. Bir az imkan verin, gələn il bu barədə danışarıq", - deyə N.Kazımov bildirib.
Tarix: 5 Mart 2026, 11:33