EN

Mehriban Zeynalova: “Elə qadınlar tanıyıram ki, boşanıblar, amma aliment almırlar”

“Alimentə görə boşanma yanaşması kifayət qədər siqma yaradır, bütün qadınlara qarşı rəy formalaşdırır. Məsələn, elə qadınlar tanıyıram ki, boşanıblar, amma aliment almırlar. Söhbət ondan gedir ki, bu siqmanı qoymaq onsuzda qadına münasibətin dəyişməsi, ittihamedici yanaşmadır. Sən ərə gedirsən ona görə ki, uşaq dünyaya gətirib aliment alasan... Uşaq böyütmək üçün orada “statistik zənbil”ə baxanda heç o pul onu qarşılamır. İndiki ağır dövrdə bir uşaq böyütmək çox çətindir”.

 

Bu sözləri Pravda.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deputat Fazil Mustafanın “Çox vaxt qadınlar uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar” fikrinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, ümumilikdə fikrin özü kifayət qədər siqma və möhürləmədir, qadınlara qarşı münasibətin dəyişməsi, qadınları ittiham etmək, günahlandırmaq prinsipindən belə yanaşma səslənir: “Düşünürəm ki, yəqin, növbəti çıxışlarda fikirlərini korrektə edər. Çünki, ola bilsin, 2-3 fakt belə olsun. Belə çıxır ki, bütün hadisələrdə günahkar qadınlardır, bu, birmənalı qəbul olunmayan yanaşmadır. Fazil Mustafa kimi hər sözü ölçüb-biçən adam bilməlidir ki, ictimaiyyət belə məsələlərdə çox həssasdır, kifayət qədər ağrılı mövzudur. İnsanları incidən də bu sözlərin Fazil Mustafanın dilindən çıxmasıdır... Demirəm, bütün faktlar belədir, ehtimal var arada, ancaq bütün bunları hamıya şamil etmək doğru deyil. Həmin fikir səslənəndə hamıya şamil olunur. Bütün boşanan qadınlar bir ildən sonra boşanırlar ki, aliment alsın... Fazil bəyə hörmətim var, doğrusu, ondan bu cür fikri gözləmirdim. Həm nəzəri, həm praktik, həm də bu sahədə məşğul olan insan kimi düşünürəm, onun nüfuzu və özünün dünyagörünüşünə görə yanlış səsləndirib”.

 

Şəhanə Quliyeva

Tarix: 5 Mart 2026, 11:45   
Chosen
39
pravda.az

1Sources