EN

Nicat Kazımova yeni vəzifə verildi

Əməkdar artist Nicat Kazımov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyin olunub.
ONN media xəbər verir ki, rejissor bundan sonra teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsini icra edəcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib.
Qərara əsasən, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.

Chosen
28
13
onn.az

10Sources