EN

Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılması və bu modelin genişləndirilməsi prioritet hədəflər sırasındadır - Fariz Cəfərov (MÜSAHİBƏ)

Bakı. Trend:

“Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramına yenimüəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid” təşəbbüsüçərçivəsində Azərbaycanın ilk sənaye klasterinin formalaşdırılmasıvə bu modelin genişləndirilməsi prioritet hədəflərsırasındadır.

Bunu Trend-əmüsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və KoordinasiyaMərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O, müsahibəsində ötən il üzrə əldə edilən nəticələrdən,“Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramından, insankapitalının inkişafından, “Azərbaycan Respublikasında rəqəmsaliqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçünStrategiya”nın icrasında 4SİM-in öhdəliklərindən, eləcə dəhədəflərdən danışıb.

F. Cəfərov bildirib ki, son illər qlobal miqyasda DördüncüSənaye İnqilabının yeni mərhələyə keçidi ilə xarakterizə olundu.Onun sözlərinə görə, artıq dünyada əsas müzakirə mövzusutexnologiyaların olub-olmaması deyil, onların hansı miqyasda tətbiqedildiyi, necə idarə edildiyi və iqtisadi dəyərə necəçevrilməsidir: "Süni intellektin tətbiqi, big datanın analizi vəonun əsasında qərarvermə, avtomatlaşdırmanın yeni mərhələsi vəyaşıl texnologiyalar qlobal iqtisadi rəqabətin əsas alətlərinəçevrilib.
Bu qlobal kontekst fonunda 2025-ci il Azərbaycan üçün də mühümkeçid ili oldu. İl ərzində “Azərbaycan Respublikasının 2025-2028-ciillər üçün süni intellekt Strategiyası” və “AzərbaycanRespublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatıninkişafına dair Strategiya”nın qəbul olunması ölkənin rəqəmsal vətexnoloji transformasiyasını ilk dəfə olaraq vahid, ölçüləbilən vənəticəyönümlü çərçivəyə saldı.

4SİM üçün isə 2025-ci il konsepsiyadan icraya keçidinsürətləndiyi il oldu. Bizim əsas rolumuz qlobal trendlərlə milliprioritetlər arasında körpülər qurmaqdır. Keçən il ərzində həm realsektor üçün praktik tətbiq mexanizmləri formalaşdırılmasında, həmdə insan kapitalı və idarəetmə səviyyəsində texnologiyanıntətbiqinin sistemləşdirilməsi prosesi davam etdirildi".

F. Cəfərov vurğulayıb ki, 2025-ci ildə 4SİM üçün əsas stratejinəticələrdən biri DİF-in “Sənaye Klasterlərinə Keçid”(Transitioning Industrial Clusters) təşəbbüsünə qoşulma prosesibaşlandı: "Bu təşəbbüs sənayenin inkişafında fərdi şirkətyanaşmasından klaster əsaslı yanaşmaya keçidi təşviq edir. Yənidövlət qurumları, müəssisələr, təchizatçılar, texnologiyaşirkətləri, startaplar, universitetlər, vahid sənaye klasteriçərçivəsində koordinasiyalı şəkildə fəaliyyət göstərir. Məsələn,bir sənaye parkında bütün müəssisələr üçün vahid rəqəmsalplatforma, ortaq məlumat mübadiləsi, birgə Sİ və avtomatlaşdırmahəlləri, koordinasiyalı kadr hazırlığı tətbiq olunur. Nəticədəsənaye parkları və iqtisadi zonalarda Sənaye 4.0 keçidisürətləndirilir, texnologiyaların sistemli tətbiqi təmin edilir,real sektorda rəqəmsal məhsuldarlıq artır.

Bu təşəbbüs çərçivəsində Sumqayıt Sənaye Parkı pilot klasterkimi müəyyən edilib, NextGen sənaye klasteri konseptiformalaşdırılıb və 4SİM, İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), SOCAR Karbamid vəSOCAR Polymer müəssisələri arasında niyyət sənədi imzalamaqladünyanın 40-cı klasteri olmaq statusu qazanmışdır. Bu addımlarsənaye klasterlərinin karbonsuzlaşması, rəqəmsal hazırlığınartırmaqla sənaye 4.0 texnologiyalarının geniş miqyaslı tətbiqi vəbeynəlxalq sənaye standartlarına inteqrasiya baxımından mühüməhəmiyyət kəsb edir. Belə ki, ölkəmiz dünyanın ən qabaqcılölkələrinin klaster təcrübələrini öyrənməklə yeni uğurlar əldəedəcəkdir".

4SİM-in fəaliyyətinin 5 əsas istiqamət üzrə həyata keçirildiyinixatırladan icraçı direktor bildirib ki, bunlar sahəvistrategiyaların hazırlanması və tətbiqi, texnologiyalarıntətbiqinin stimullaşdırılması, insan kapitalının inkişafı,beynəlxalq təcrübə mübadiləsi, maarifləndirmə və təşviqdir: "Sahəvistrategiyaların hazırlanması və tətbiqi istiqamətində əsasnailiyyət kimi “2026-2029-cu illər üzrə Azərbaycan Respublikasındarəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”nın AzərbaycanRespublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli Sərəncamıilə təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Strategiya 3 məqsəd 9prioritet istiqamət və 50 təşəbbüsü əhatə etməklə dövlət, biznes vəcəmiyyət üzrə sistemli transformasiyanı nəzərdə tutur. Bu sənəddata yönümlü idarəetmənin inkişafı və iqtisadiyyatın rəqəmsaltransformasiyası baxımından dövlət idarəçiliyində institusionalçərçivəni gücləndirib.

Digər vacib istiqamət “Rəqəmsal İqtisadiyyatın İnkişafınaDəstək” Proqramına start verilməsi olub. Proqram “İkili keçid (TwinTransition) – yəni texnoloji və yaşıl keçid yanaşması əsasındahazırlanıb və sənaye müəssisələrinin texnoloji hazırlıqsəviyyəsinin praktiki qiymətləndirilməsinə və icrasına fokuslanır.Bu Proqram çərçivəsində pilot mərhələdə 3, əsas mərhələdə isə 15müəssisə iştirak edib, 2030-cu ilə qədər 60-dan çox müəssisədə 5-8%EBITDA artımı və 10-30% səmərəlilik artımı hədəflənir.

Eyni zamanda, Yeni Nəsil Texnologiyalar Mərkəzinin (Sənaye 4.0Mərkəzi) fəaliyyətə başlaması üçün hazırlıq işlərinə start verilib.Bu mərkəz real sektor üçün “öyrən tətbiq et” modelini təminedəcək.

2025-ci ildə “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinəstart verildi. Bu təşəbbüs Dünya İqtisadi Forumu ilə əməkdaşlıqçərçivəsində ölkədə əmək bazarında mövcud və gələcək bacarıqtələblərinin sistemli şəkildə müəyyənləşdirilməsini və realsektorun ehtiyaclarına uyğun ixtisaslaşmış kadrların hazırlanmasınıhədəfləyir. Platformanın həmsədrləri iqtisadiyyat naziri MikayılCabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidentiRövşən Nəcəf və PASHA Holding-in baş icraçı direktoru CəlalQasımovdur. Koordinasiya funksiyası 4SİM tərəfindən həyatakeçirilir. 100-ə yaxın yerli şirkət bu təşəbbüsə üzv kimiqoşulub.

Mahiyyət etibarilə Azərbaycan Bacarıqlar Akseleratorudövlət-biznes-təhsil tərəfdaşlığı modelinə əsaslanan, bacarıqboşluqlarını sistemli şəkildə ölçən, prioritet sahələr üzrə sürətlitəlim və yenidənhazırlanma mexanizmlərini işə salan milliplatformadır. Məqsəd rəqəmsal və texniki bacarıqların inkişafınısürətləndirmək, sosial inklüzivliyi təmin etmək və ömürboyu təhsilmədəniyyətini gücləndirməkdir.

Qlobal miqyasda Dünya İqtisadi Forumunun təşəbbüsü ilə müxtəlifölkələrdə 50-yə yaxın milli səviyyəli bacarıqlar akseleratoru və ya“Reskilling Revolution” çərçivəsində oxşar platformalar fəaliyyətgöstərir. Azərbaycan bu təşəbbüsə qoşulan və institusional modeliniformalaşdıran ölkələr sırasında yer alır.

İnsan kapitalının inkişafı üzrə digər təşəbbüs 2025-ci ilinaprel ayında icrasına başlanılan və hazırda aktiv şəkildə davamedən 4Sİ Akedemiyası (4-cü sənaye inqilabı akademiyası) “MilliProqram”dır. Proqram çərçivəsində ümumilikdə 70 min vətəndaşın“Coursera” onlayn təhsil platformasında 18 mindən çox təlimlərəqoşularaq, süni intellekt, data analitikası, biznes və texnolojibacarıqlar üzrə biliklərinin artırılması nəzərdə tutulub. Belə ki,2500-dən çox kurs süni intellekt vasitəsilə Azərbaycan dilinətərcümə olub ki, bu da daha geniş kütlənin istifadə imkanlarınıartırmışdır".

F. Cəfərov müsahibəsində həmçinin “Rəqəmsal İqtisadiyatınİnkişafına Dəstək” Proqramından da bəhs edib. O qeyd edib ki,sözügedən proqram məhz praktik nəticələrə fokuslanıb: "2025-ci ildəsənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarını əhatəedən 15 yerli iri, orta və kiçik sənaye müəssisəsi proqramaqoşulub. Bu müəssisələrdə texnoloji hazırlıq, rəqəmsal potensial vədayanıqlı inkişaf üzrə yerində diaqnostika prosesləri artıqyekunlaşıb. Həmin müəssisələr üçün texnoloji transformasiya üzrəbiznes plan formatında fərdi yol xəritələri hazırlanaraq təqdimedilir. Pilot mərhələdə proqrama qoşulan “METAK”, “Azerfloat” və“STP Global Cable” şirkətləri isə artıq yol xəritələrinin icrasınabaşlayıb. Bu isə o deməkdir ki, proqram kağız üzərindəqiymətləndirmə deyil, real transformasiya alətidir.

2026-cı ildə yeni müəssisələrin proqrama cəlb olunması nəzərdətutulur. Qeyd edim ki, iştirak tamamilə ödənişsizdir və sənayemüəssisələri industry4.az internet səhifəsi vasitəsilə proqramlabağlı ətraflı məlumat əldə edə bilərlər. Məqsədimiz mümkün qədərçox yerli şirkətin bu transformasiya prosesinə sistemli şəkildəqoşulmasını və proqramdan faydalanmasını təmin etməkdir".

F. Cəfərov eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyatNazirliyi və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsindəstart verilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsindən dədanışıb. O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafadair Milli Prioritetlər”də nəzərdə tutulan strateji məqsədlərəuyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişafı, yerli sənayemüəssisələrinin rəqəmsallaşma səviyyəsinin artırılması və innovativtexnologiyaların tətbiqi ölkə iqtisadiyyatının davamlı vərəqabətqabiliyyətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:"Bu kontekstdə Dünya İqtisadi Forumu tərəfindən əmək bazarının carivə gələcək tələblərinin müəyyən edilməsi, ölkədə mövcud bacarıqboşluqlarının aradan qaldırılması, eyni zamanda özəl sektoruntəlim-tədris sahəsinə cəlb edilməsinin stimullaşdırılması məqsədiləDİF-in 35 ölkədə fəaliyyət göstərən Bacarıqlar AkseleratorununAzərbaycanda tətbiqinə başlanılıb. Məhz bu əməkdaşlıq çərçivəsindəhəyata keçirilən “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsiölkədə insan kapitalının strateji inkişafını təmin etməklə yanaşı,əmək bazarının gələcək tələblərinə sistemli hazırlıq baxımındanmühüm platforma rolunu oynayır.

Layihə çərçivəsində aparılacaq sistemli təhlillər vasitəsiləmövcud və yaranmaqda olan bacarıq boşluqları müəyyən ediləcək və buboşluqların aradan qaldırılmasına yönəlmiş hədəfli fəaliyyətplanları hazırlanacaq. Bu yanaşma layihə çərçivəsində nəzərdətutulan fəaliyyətlərin təsadüfi deyil, məhz real sektorunehtiyaclarına əsaslanaraq formalaşmasına imkan verəcək. Akseleratordövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirərəkişəgötürənlərin tələblərinə uyğun çevik və praktik bacarıqlarıninkişafını təşviq edəcək. Xüsusilə rəqəmsal bacarıqlar, analitikdüşüncə, texnoloji savadlılıq və spesifik vərdişlər gələcəyinpeşələrinə hazırlıq baxımından prioritet təşkil edəcək.

Layihə qısa müddətli ixtisaslaşma modelləri vasitəsiləinsanların dəyişən əmək bazarına daha sürətli adaptasiyasını təminedəcək ki, bu da gənclərin məşğulluq imkanlarının artmasına, eynizamanda mövcud işçi qüvvəsinin bacarıqlarının yenilənməsinə şəraityaradacaq. Regionların prosesə cəlb olunması isə insan kapitalınındaha balanslı və inklüziv inkişafına töhfə verəcək. Nəticəetibarilə “Azərbaycan Bacarıqlar Akseleratoru” ölkədə müasir,rəqabətqabiliyyətli və dayanıqlı bacarıqlar ekosistemininformalaşmasına xidmət edərək uzunmüddətli iqtisadi inkişaf üçünmöhkəm zəmin yaradacaq".

İcraçı direktor “Azərbaycan Respublikasında rəqəmsaliqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçünStrategiya”nın icrasında 4SİM-in konkret rolu ilə bağlı isə sualacavabında söyləyib ki, bu sənəd ölkə iqtisadiyyatında rəqəmsaltransformasiyanı sistemli və ölçülə bilən formada sürətləndirməyihədəfləyən əsas çərçivə sənədidir: "Strategiyada ümumilikdə 50təşəbbüs təsbit olunub və onların içindən yüksək təsir gücünə malik8 “əsas təşəbbüs” xüsusi prioritet kimi müəyyən edilib.

4SİM-in bu Strategiyanın hazırlanmasında və icrasındakı roluəsasən dövlət, biznes və beynəlxalq tərəfdaşlar arasındakoordinasiyanın təmin edilməsi, real sektor üçün pilotmexanizmlərin qurulması və təşəbbüslərin praktik icrasınındəstəklənməsindən ibarətdir.

Strategiya nəticəyönümlü sənəd kimi konkret göstəricilər müəyyənedir. 2029-cu ilə qədər rəqəmsal transformasiya proqramlarındaiştirak edən müəssisələrin sayının 300-ə çatdırılması, 250 yenistartapın formalaşdırılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışəldə etməsi və 40 min nəfərin rəqəmsal bacarıqlar üzrə təlimlərdənkeçməsi və s. əsas hədəflər sırasındadır.

Strategiya çərçivəsində ölçülə bilən iqtisadi nəticələrərəqəmsal transformasiyadan keçmiş müəssisələrdə 5-8% EBITDA artımıvə 10-30% əməliyyat səmərəliliyinin yüksəlməsi daxildir".

F. Cəfərov yekunda 2026-cı il və sonrakı dövr üçün 4SİM-in əsasprioritetləri, texnoloji istiqamətləri və gözlənilən hədəfləriaçıqlayıb: "2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri“Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsaliqtisadiyyatın inkişafına dair Strategiya”nın icrası ilə birbaşaəlaqələndirilir və bu strategiyada nəzərdə tutulan əsastəşəbbüslərin praktiki icrasına fokuslanır. Bu çərçivədə 4SİM-inəsas prioritetləri sənaye və biznes mühitində süni intellekt, dataanalitikası, rəqəmsal əkiz və generativ süni intellekt kimiDördüncü Sənaye İnqilabı texnologiyalarının milli iqtisadiyyatınmüxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi, texnolojitransformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və dataəsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaqdır.

Eyni zamanda texnoloji bacarıqların inkişafı, startap vəinnovasiya ekosisteminin gücləndirilməsi, eləcə də sənayeklasterləri və iqtisadi sahələr üzrə ölçülə bilən Əsas PerformansGöstəriciləri (KPI) əsasında transformasiya modellərinin tətbiqihədəflər sırasındadır. Bu yanaşma 4SİM-in beynəlxalq təcrübəniyerli iqtisadiyyata transfer edən icraedici platforma kimi rolunumöhkəmləndirərək, Azərbaycanın rəqəmsal iqtisadiyyata və dördüncüsənaye inqilabına institusional və davamlı inteqrasiyasını təminetməyə yönəlib.

4SİM-in əsas prioritetləri ölkənin texnoloji və sənayetransformasiyasının sürətləndirilməsi, insan kapitalınıngücləndirilməsi və texnologiyanın real iqtisadi dəyərə çevrilməsiüzərində qurulub. Bu dövrdə süni intellekt, sənaye 4.0texnologiyaları, data əsaslı idarəetmə və innovasiya ekosisteminininkişafı əsas texnoloji istiqamətlər olacaq.

Xüsusilə, “Rəqəmsal İqtisadiyatın İnkişafına Dəstək” Proqramınayeni müəssisələrin cəlb edilməsi, “Sənaye Klasterlərinə Keçid”təşəbbüsü çərçivəsində Azərbaycanın ilk sənaye klasterininformalaşdırılması və bu modelin genişləndirilməsi prioritethədəflər sırasındadır. Eyni zamanda, insan kapitalının inkişafıistiqamətində “4Sİ Akademiyası - Milli Proqram”ın davam etdirilməsixüsusi əhəmiyyət kəsb edir. 2025-ci ilin aprel ayından startverilən “Milli Proqram”ın icrası çərçivəsində indiyədək 60 minnəfər “Coursera” platformasında 250 min təlimə ödənişsiz qoşulub.Onlar 90 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq səviyyəlisertifikatlar əldə ediblər. Hazırda tərəfdaşlarla aparılandanışıqlar nəticəsində “Milli Proqram”ın daha bir il uzadılmasıplanlaşdırılır ki, bu da on minlərlə vətəndaşın gələcəyinpeşələrinə hazırlanmasına əlavə imkanlar yaradacaq".

Chosen
107
1
az.trend.az

2Sources