EN

Türkiyənin hazır geyim ixracı 2 milyard dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 2 milyard 667 milyon 117 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 667 milyon 644 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Chosen
44
10
turkic.world

10Sources