EN

Britaniyalıların Omandan təxliyəsi üçün nəzərdə tutulan çarter reysi təxirə salınıb

London, 5 mart, AZƏRTAC

Yaxın Şərqdə gərginliyin artması fonunda Omandan getmək istəyən Böyük Britaniya vətəndaşları üçün təşkil edilən çarter reysi planlaşdırıldığı vaxtda havaya qalxmayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, reysin Omanın paytaxtı Maskatdan martın 4-ü yerli vaxtla saat 23:00-da yola düşməsi nəzərdə tutulsa da, bu, reallaşmayıb.

Reysin bu gün həyata keçirilməsi planlaşdırılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
71
1
azertag.az

2Sources