EN

“Kiyevə silah çatdırılması Yaxın Şərq münaqişəsi səbəbindən yubanacaq” - Polşanın müdafiə naziri

İran ətrafında gərginlik Amerikanın Ukraynaya silah çatdırılmasını gecikdirəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Müdafiə naziri qeyd edib ki, hazırda amerikan hərbi texnikası və xeyli sayda raket Yaxın Şərqdə fəal şəkildə istifadə olunur: “Bununla belə mövcud istehsal gücləri məhdud və kifayət deyil. Buna görə də, bu, Ukraynaya çatdırılma baxımından yəqin ki, təsir göstərəcək”.

O, əlavə edib ki, Varşava həmçinin, ABŞ ilə olan müqavilələrinə mümkün təsirləri təhlil edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
46
herbiand.az

1Sources