ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.
İdman.Biz xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayırlar.
Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.
Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.