EN

Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin informasiya sistemləri bir-birinə inteqrasiya ediləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinininformasiya sistemləri bir-birinə inteqrasiya ediləcək.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı kəndtəsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərintənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklikedilməsi haqqında Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi AzərbaycanPrezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqedilmiş "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişafAgentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsindənəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin "Elektronkənd təsərrüfatı" informasiya sisteminin "aqrar ticarət (tapaqro)"altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatlarınötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyatNazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasınıtəmin etməlidir.

Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarıistehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmışvəsaitin 10 milyon manatlıq hissəsinin kreditlərin faizlərininmaliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlərgörməli, bu məqsədlə tələb olunan vəsaiti növbəti illərdə dövlətbüdcəsinin layihəsində nəzərdə tutmalıdır.

Fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin(kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə,biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçininaqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədiləmüvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla)vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədərverilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin AqrarKredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcəkhissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədləayrılmış vəsait hesabına təmin edilir.

Kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabınamaliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalımaliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı ölkəPrezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş"Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasıQaydası"na uyğun müəyyən edilir.

Sahibkarlıq subyektləri bu Qayda ilə müəyyən edilmiş güzəştlikreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatlarıistisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat(lizinq təşkilatları istisna olmaqla) müraciətlərin qeydiyyataalındığı tarixdən 15 iş günündən gec olmayaraq, kredit riskləritəhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edir, yaxudsahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərir(təqdim edir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisnaolmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunanməlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü vəsahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləriAgentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğunuAgentlik 10 iş günü müddətində yoxlayaraq, veriləcək kreditməbləğinə mütənasib hesablanan faiz məbləğini təsdiqləyir və yamüvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla)əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir).

Qaydada nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləğinimüvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıqsubyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürür vənağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kreditvəsaitini, bu Qaydaya uyğun olaraq, onun müraciəti zamanı bəyanedilmiş təyinat üzrə EKTİS-in "aqrar ticarət (tapaqro)" altsistemivasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilindəmüvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edənsənədlər təhvilverənin razılığı ilə İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiyaSistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsasborclarını və faiz borclarının Agentliyin vəsaiti hesabınamaliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraqödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərinmaliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrərübdə 1 dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsinitəmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilənhissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik vəməsuliyyət daşımır.

Bu Qaydaya uyğun olaraq həyata keçirilən monitorinq zamanıkredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və yatəyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlikfaizlərin maliyyələşdirilən hissəsinin hesablanmasını vəödənilməsini dayandırır.

Bu Qaydada nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaitinimüvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) Agentliyəqaytarır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat(lizinq təşkilatları istisna olmaqla) 30 iş günü müddətindəvəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilənməbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdətutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanınməqsədlərinə uyğun istifadə edilir.

Bu Qaydaya uyğun olaraq Agentliyə qaytarılmış vəsaiti müvəkkiltəşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıqsubyektindən tələb edir. Belə sahibkarlıq subyektlərinə növbəti 3il müddətində faizlərinin bir hissəsini Agentliyinmaliyyələşdirdiyi kreditlər verilmir.

Chosen
99
2
az.trend.az

3Sources