EN

Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR

Naxçıvan, 5 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib. Dron qalıqlarının fotolarını təqdim edirik.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Müxbir - Nail Əsgərov

Chosen
12
35
azertag.az

10Sources