EN

Azərbaycanda vahid milli kitabxana platformasının yaradılması təklif olunur

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemdə birləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması təklif olunur.

Gununsesi.info xəbər verir ki, təklifə əsasən, müxtəlif kitabxanalarda mövcud olan fondların vahid rəqəmsal sistemə inteqrasiyası təmin edilərək hər bir vətəndaşın kitabxana resurslarına onlayn və bərabər çıxış imkanı yaradılacaq. Bu sistem vasitəsilə oxucular ölkənin müxtəlif kitabxanalarında saxlanılan kitab, elektron resurs və digər materiallar barədə məlumatları bir platforma üzərindən əldə edə biləcəklər.

Bildirilir ki, vahid milli kitabxana platformasının yaradılması həm də maliyyə və insan resurslarından daha səmərəli istifadə olunmasına imkan verəcək. Bununla yanaşı, kitabxana sisteminin idarə olunması daha effektiv təşkil ediləcək, texniki və inzibati xərclərin optimallaşdırılması mümkün olacaq.

Mütəxəssislərin fikrincə, belə bir platformanın yaradılması kitabxana xidmətlərinin müasirləşdirilməsinə, informasiya resurslarına çıxışın genişlənməsinə və ölkədə oxu mədəniyyətinin inkişafına mühüm töhfə verə bilər.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
icma.az

1Sources