EN

İranın Əhvaz şəhərində SEPAH obyektinə silahlı hücum – VİDEO

İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektə silahlı hücum edildiyi barədə məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı İran müxalifətinə yaxın teleqram kanalları yayıb.

Bildirilir ki, martın 4-də baş verən hücum zamanı silahlı şəxslər SEPAH obyektinə atəş açıblar.

Məlumatlara görə, özünü “Əhvaz Şahinləri” adlandıran qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürüb. Qruplaşma iddia edir ki, hücum nəticəsində SEPAH qüvvələri arasında itkilər olub.

Hadisə ilə bağlı rəsmi Tehran hələlik geniş açıqlama verməyib.

Qeyd edək ki, Əhvaz İranın cənub-qərbində yerləşən və əhalisinin əhəmiyyətli hissəsini etnik ərəblərin təşkil etdiyi Xuzistan vilayətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayına görə İranın səkkizinci, ərazisinə görə isə ən böyük şəhərlərindən biri hesab olunur.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
86
nocomment.az

1Sources