EN

Ölən uşaq 5 saat sonraDİRİLDİ

ABŞ-nin Arizona ştatında hovuzda boğulma nəticəsində ölü elan edilən uşaq beş saat sonra yenidən həyat əlamətləri göstərməyə başlayıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Polis məlumatına görə, uşaq xüsusi evin həyətindəki hovuzda tapılıb. Hadisə yerinə dərhal təcili yardım xidmətləri çağırılıb və reanimasiya tədbirləri görülüb.

Saat 18:20 radələrində həkimlər uşağın rəsmi olaraq öldüyünü elan etsələr də, təxminən beş saat sonra vəziyyət dəyişib: həkimlərə uşağın həyat əlamətləri göstərdiyi bildirilib.

Uşaq dərhal helikopter vasitəsilə bölgədəki başqa xəstəxanaya çatdırılıb və həkimlər onun həyatını xilas etmək üçün bütün lazımi tibbi yardımı davam etdirirlər.

Nuriyyə NATİQQIZI

Chosen
14
1
redaktor.az

2Sources