EN

“Bakı Dialoqları” jurnalının 2025–2026-cı il qış buraxılışı dərc olunub

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblükingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”)jurnalının 2025–2026-cı il qış buraxılışı işıq üzü görüb.

Bu buraxılışda bağlantı geosiyasəti, Azərbaycanın dəyişənbeynəlxalq mühitdə strateji yanaşmasının yenidən tənzimlənməsi vəXəzər hövzəsində ortaya çıxan ekoloji çağırışlar kimi mövzularahəsr olunmuş analitik məqalələr bir araya gətirilib. Yazılarda buməsələlər Avrasiyada baş verən daha geniş transformasiya prosesləri— jurnalın redaktorlarının ifadəsi ilə desək, “İpək Yoluregionu”nun dəyişən geosiyasi mənzərəsi kontekstində təhlilolunur.

Buraxılışın ilk bölməsi “The Geopolitics ofConnectivity: Transformational Harbinger for the Silk RoadRegion” başlığını daşıyır. Bu bölmədə nəqliyyatdəhlizləri, infrastruktur inteqrasiyası və geoiqtisadi uyğunlaşmakimi proseslərin İpək Yolu regionunda güc balansını necə yenidənformalaşdırdığı konseptual şəkildə izah edilir. Bölmədə yer alan“Critical Raw Materials and the Reconfiguration of GlobalPower” məqaləsində isə bu sahənin dünyanın aparıcıekspertlərindən biri tərəfindən qlobal güc rəqabəti və təchizatzəncirlərinin yenidən qurulması fonunda kritik xammal resurslarınınstrateji əhəmiyyəti təhlil olunur.

Bağlantı və tranzit dinamikası digər məqalələrdə də genişşəkildə araşdırılır. ABŞ-da yüksək dövlət vəzifələrində çalışmışErik Rudenshioldun “The Corridor Changing Eurasia”adlı məqaləsində yeni nəqliyyat marşrutlarının Avrasiya məkanındayaratdığı transformativ təsirlər təhlil edilir. BoğaziçiUniversitetinin tanınmış professoru Onur İşçinin “TheZangezur Concept” məqaləsi isə regionda formalaşan yenigeosiyasi və geoiqtisadi çərçivələrin mahiyyətini qiymətləndirir.Argentinalı tədqiqatçının qələmə aldığı “The Role of theMiddle Corridor in Eurasian Connectivity” yazısında isəOrta Dəhlizin Avrasiya bağlantısında artan strateji roluaraşdırılır.

Regionun siyasi inkişaf trayektoriyaları isə Amerika XariciSiyasət Şurasının (AFPC) proqramlar direktoru Laura Lindermanın“Divergent Paths in the South Caucasus”məqaləsində təhlil edilir. Müəllif Cənubi Qafqaz ölkələrinin fərqliinkişaf modellərini və xarici siyasət istiqamətlərini müqayisəlişəkildə araşdırır. Beynəlxalq Münasibətlərin Təhlili MərkəzininQərb Araşdırmaları şöbəsinin müdiri Vasif Hüseynovun“Slipping Out of ‘Old Geopolitics’ Through TRIPP”məqaləsində isə yeni çoxtərəfli əməkdaşlıq mexanizmlərinin ənənəvigeosiyasi yanaşmaları necə geridə qoya biləcəyi müzakirəolunur.

Buraxılışda Azərbaycanın strateji mövqeyinə də xüsusi diqqətyetirilir. IDD-nin əməkdaşı Cahangir Araslının “The Casefor Azerbaijan’s Strategic Recalibration” məqaləsindədəyişən qlobal reallıqlar fonunda Azərbaycanın strateji siyasətininçevik şəkildə uyğunlaşdırılmasının zəruriliyi əsaslandırılır.

“Baku Dialogues” jurnalının bu buraxılışı ekoloji və regionaltəhlükəsizlik məsələlərinə həsr olunmuş məqalə ilə yekunlaşır.İranlı ekspert Vəli Kaleci tərəfindən qələmə alınmış “TheCaspian’s Declining Water Level: Drivers, Consequences, and Impactson Littoral States” adlı yazıda Xəzər dənizində susəviyyəsinin azalmasının səbəbləri və bunun sahilyanı dövlətlərüçün mümkün nəticələri təhlil olunur.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.ada.edu.azsaytına daxil ola bilərsiniz.

Chosen
23
3
az.trend.az

4Sources