EN

NATO Baş katibi: İranın Türkiyəyə raket atması ciddi hadisə idi, lakin 5-ci maddə üçün əsas yaratmır

“Türkiyəyə qarşı raket atılması ciddi hadisə idi”.

APA-nın Türkiyə bürosu xəbər vererir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte bildirib.

“Türkiyəyə qarşı raket atılması ciddi hadisə idi .Lakin bu vəziyyət NATO-nun 5-ci maddəsinin tətbiqi üçün uyğun əsas yaratmır”, - o qeyd edib.

Onun sözlərinə görə, İrana qarşı aparılan bu əməliyyatlar hələ başlanğıc mərhələsindədir.

İran qonşularına, İsrailə, Yaxın Şərqə və ya Avropaya qarşı təhdid ritorikasından uzaq olmalı, gərginliyi artıran addımlardan çəkinməlidir.

“Dördüncü–beşinci gündəyik və vəziyyəti tam qiymətləndirmək üçün hələ tezdir. Qarşıdakı həftələrdə prosesin necə inkişaf edəcəyini görmək lazımdır, lakin ümumi baxışda müəyyən fikir birliyi formalaşıb. Aydın olan odur ki, İran qonşularına, İsrailə, Yaxın Şərqə və ya Avropaya qarşı təhdid ritorikasından uzaq olmalı, gərginliyi artıran addımlardan çəkinməlidir. Eyni zamanda terror fəaliyyətlərinə dəstək verən və ya təşviq edən yanaşma qəbul edilə bilməz. Regional və qlobal təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyət vacibdir”- Mark Rutte qeyd edib.

Chosen
118
3
apa.az

6Sources