AZ

Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır

İrandan Türkiyəyə raket atılması ciddi hadisədir.

"Yeni Sabah" TRT-yə istinadla xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, vəziyyət NATO-nun 5-ci maddəsinin tətbiqi üçün əsas yaratmır.

Baş katib deyib ki, İrana qarşı aparılan hərbi əməliyyatlar hələ başlanğıc mərhələsindədir.

Rutte qeyd edib ki, İran Yaxın Şərqə, qonşularına, İsrailə və Avropaya qarşı təhdid ritorikasından uzaq durmalı, gərginliyi artıran addımlardan çəkinməlidir.

O əlavə edib ki, regional və qlobal təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyət vacibdir.


Telegram kanalımız
Seçilən
102
3
yenisabah.az

6Mənbələr